Təhsil naziri: Bakıda 800 yerlik tələbə yataqxanası istismara hazırdır
21.12.2018
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşası başa çatdırılıb və istismara hazırdır
"Dövran Media"nın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbələrinin II Qurultayında çıxışı zamanı deyib.
"Paytaxtda və regionlarda yeni yataqxana kompleksləri inşa olunacaq. Sumqayıt və Gəncə şəhərlərində mövcud tələbə yataqxana binaları əsaslı təmir olunur və yenidən qurulur”, - deyə o bildirib.
Ceyhun Bayramov qeyd edib ki, bu da tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.