Trampa şok: Müdafiə naziri istefa verdi
21.12.2018
ABŞ Prezidenti Donald Trampın Suriyadan ABŞ hərbi qüvvələrinin çıxarılması qərarı ölkədə istefalarla müşayiət olunur.
"Dövran Media" xəbər verir ki, artıq Pentaqon şefi, general Mettis istefa verəcəyini açıqlayıb və bu məqsədlə prezident Trampa məktub göndərib.
Tramp Tvitter hesabında generalın istefası haqda açıqlama verib:
"General Mettis 2 il müddətində hökumətdə müdafiə naziri olaraq xidmət edib və gələn ilin fevralında təqaüdə çıxacaq. Onun nazir olduğu dövrdə yeni döyüş avadanlıqlarının əldə edilməsi üçün böyük işlər görüb.
Müttəfiq ölkələrin hərbi məsuliyyətinin yerinə gətirilməsi mövzusunda Mettis mənə çox kömək edib. Yeni müdafiə nazirinin kimliyini qısa müddətdə elan ediləcək. Göstərdiyi xidmətlərə görə Mettisə təşəkkür edirəm”.
Müdafiə naziri prezident Donald Trampa məktubunda bir sıra məqamlara toxunub. Bildirib ki, ABŞ-ın əsl gücü müttəfiqləri ilə olan münasibətlərdən və qarşılıqlı maraqlara söykənən əməkdaşlıqdan qaynaqlanır. General qeyd edib ki, ABŞ müttəfiqlərinə hörmət göstərmədən öz maraqlarını qoruya bilməz.
General istefasının səbəblərinə toxunarkən yazıb ki, prezidentin düşüncələrinə yaxın bir müdafiə naziri ilə işləmək haqqı olduğunu nəzərə alaraq nazir vəzifəsindən ayrılmasının doğru qərar olduğuna inanır.