Azərbaycana qış gəlir - BU GECƏ
21.12.2018
Bu il Azərbaycanda qış fəsli ötən illə müqayisədə altı saat gec başlayacaq.
"Dövran Media"nın məlumatına görə, qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22-də daxil olacaq.
Bu gecə Günəş üfüqdən ən minimum nöqtədə olacaq. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Buna "Qış günəş duruşu” deyilir.
Qış fəslində Yer Günəşə ən yaxın məsafələrdə olsa da, şüaların Yer səthinə düşmə bucağından asılı olaraq Yeri isidə bilmir. Ona görə də fəsillərin fərqi müşahidə edilir. Hər il fəsillərin daxil olduğu tarixlər arasında altı saata yaxın sürüşmələr olur.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.