Ukrayna ordusu Qara dənizə yeridildi
21.12.2018
Ukrayna Azov dənizi və Qara dəniz sahillərinə desant və hücum qüvvələri göndərməyə başlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko açıqlama verib.
O bildirib ki, sözügedən qüvvələr Azov və Qara dəniz sahillərinin təhlükəsizliyini gücləndirmək məqsədilə təyyarələrlə əraziyə göndərilir.
"Ukrayna ordusunun müharibəyə hazırlıq durumu artırıldı”, - o qeyd edib.