Reanimasiyada olan Erbil oyandı
20.12.2018
63 gündür reanimasiyada olan Mehmet Ali Erbil artıq oyanıb.
"Dövran Media" xəbər verir ki, aparıcının vəziyyəti hazırda yaxşıdır.
Evinin hamam otağında yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilən Erbilin həyati təhlükəsinin olmadığı deyilir. Bu barədə onun bacısı Yeşim Erbil məlumat verib:
"3-4 gündür nəfət aparatından ayrılıb. 63 gün oldu. Yavaş-yavaş düzələcək. Bu günləri görmək bizi sevindirdi. İndi danışa da bilir. Ürəyi mantı, küftə və pizza istəyir".