Rusiya Türkiyədən meyvə idxalına qadağa qoydu - SƏBƏBİ
20.12.2018
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Türkiyədən 128 tondan çox sitrus meyvənin idxalını qadağan edib.
Verilən məlumatına görə, qərara həmin meyvələrdə aşkar edilmiş xəstəlik səbəb olub.
Ümumilikdə 61,5 ton naringi və 67,2 ton portağalın Rusiyaya buraxılmadığı deyilir.
Qeyd olunur ki, meyvələr Aralıq dənizi meyvə milçəyi tərəfindən yoluxdurulub.