21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şagirdlərin əksəriyyəti buna cavab verə bilmədi

20.12.2018

 "Orta gəlirli ölkələrdə 4-cü sinif şagirdlərinin həll edə biləcəyi test keçirdik. Soruşduq ki, 28x19 neçə edər? Şagirdlərin əksəriyyəti buna düzgün cavab verə bilmədi”.
"Dövran Media” Reporta-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da Dünya Bankı (DB) Qrupunun Təhsil üzrə Qlobal Praktikasının meneceri Harri Patrinos deyib.
Onun sözlərinə görə, oxşar test Azərbaycanda da keçirilib: "Azərbaycandakı məktəblilərdən soruşduq ki, "Gəmidə 218 sərnişin var. 191 nəfər isə ekipaj üzvüdür. Gəmidə ümumilikdə neçə adam var?" Məktəblilərin böyük bir hissəsi buna cavab verə bilmədi".
DB rəsmisinin sözlərinə görə, təhsil müddətinin uzun olması heç də onun keyfiyyətinə təsir etmir: "Apardığımız sorğular nəticəsində aydın olur ki, təhsil səviyyəsinə görə, Sinqapur liderdir. Amma burada orta təhsil müddəti o qədər də yüksək deyil. Bu bir daha onu göstərir ki, təhsilin müddəti heç də onun keyfiyyəti ilə düz mütənasib deyil. Ona görə də təhsil müddətini onun keyfiyyəti ilə uyğunlaşdırmaq lazımdır".
H.Patrinos bir sıra ölkələrdə təhsilin səviyyəsinin aşağı olmasına səbəb kimi müəllimlərin dərsə gəlməməsini göstərib.