Bu ölkə İranın iki diplomatını qovdu - Terakta görə
20.12.2018
İranın iki diplomatı Albaniyadan deport edilib.
"Dövran Media" xəbər verir ki, bu məlumatı Albaniyanın "Top Channel” televiziyası öz mənbələrinə istinadən yayıb. Məlumata görə, buna səbəb iranlı diplomatların 2016-cı ildə İsrailin futbol yığmasına qarşı terakt hazırlığında iştirak etmələri olub. Belə ki, rəsmi Tirana bu diplomatları Albaniyanın təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib. Bu qərarın müttəfiq dövlətlərlə məsləhətləşmələrdən sonra verildiyi bildirilib.
Qeyd edək ki, bundan öncə İsrail futbol yığmasına qarşı terakt hazırlığı ittihamıyla Albaniya və Kosovada 20 nəfər yaxalanıb. Onlardan 9-u Kosovada 35,5 il həbs cəzasına məhkum edilib.