Məşhur rus aktyoru: Ədəbsizlik Rusiyanın “milli ideyası”dır
23.02.2018
Serebryakovu Rusiya haqqında dediyi sözlərə görə vətəndaşlıqdan məhrum etmək və Hondurasa göndərmək təklifi edildi
"Dövran Media”nın Federal Xəbərlər Agentliyinə istinadən verdiyi məlumata görə məşhur rus aktyoru Aleksey Serebryakov bəyan edib ki, güc, həyasızlıq və ədəbsizlik Rusiyanın "milli ideyası”dır. Bu sözlər sadə vətəndaşlar arasında ciddi narazılığa səbəb olub. Xüsusulə də ruslara toxunan odur ki, bunu ölkəni tərk edib Kanadada yaşayan öz adamları deyib. Runetin istifadəçiləri təklif ediblər ki, Serebryakov vətəndaşlıqdan məhrum edilməli və ölkədən sürgün olunmalıdırr.