ABŞ ordusu Suriyadan çıxmağa başladı: İkibaşlı açıqlama...
19.12.2018
ABŞ ordusunu Suriyadan çıxarmağı planlaşdırır.
"Dövran Media" xəbər verir ki, bu barədə "Röyter” Ağ Evdəki mənbələrinə istinadla informasiya yayıb.
Xatırladaq ki, ABŞ-ın Suriyada 2 minə yaxın hərbi kontingentinin olduğu bildirilir.
***
ABŞ Prezidenti Donald Tramp Suriyadakı amerikalı hərbçilərin 30 gün ərzində ölkədən çıxmasını əmr edib.
Bu barədə "Vol Strit” jurnalı məlumat yayıb.
***
Ağ Ev sözçüsü Sara Sanders hərbçilərin artıq Suriyadan çıxmağa başladığını bəyan edib:
"İŞİD-ə qarşı mübarizənin yeni mərhələsi başlandı”, - deyə sözçü bildirib.
Amerika mediası Dövlət Departamentinin diplomatik korpusunun 24 saat, hərbi kontingentin isə 60-100 gün ərzində ölkədən tamamilə çıxacağını qeyd edir.
Pentaqon isə "Hərbçilərin qayıdışı başladı, lakin İŞİD-lə savaş bitmədi” bəyanatını verib.