21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Moskvanın ümidləri ölür: Onlar Rusiyaya qayıtmır

19.12.2018

Rusiya ilə çalışan Almaniya şirkətlərinin 60%-i 2019-cu ildə Rusiyada iqtisadi artımın olacağına inanmır.
"Dövran Media" xəbər verir ki, bu nəticə Alman İqtisadiyyatının Şərq Komitəsi (OAOEV) təşkilatı və Rusiya-Almaniya Xarici Ticarət Palatasının keçirdiyi sorğudan sonra ortaya çıxıb. 168 şirkətin iştirak etdiyi sorğuda şirkətlərin 36%-i gələn il rus iqtisadiyyatında durğunluq yaşanacağını bildirib. 23% şirkət isə gələn il ölkə iqtisadiyyatının tənəzzül keçirəcəyinə inandığını açıqlayıb.
OAOEV-in icraçı direktoru Mixail Harms şirkətlərdə belə inamsızlığın Qərbin Rusiyaya qarşı sanksiyalarını gücləndirməsiylə əlaqələndirib. Harmsın fikrincə, inamsızlığa rublun dəyərini itirməsi də təsir edib. O, məhz bunun sayəsində şirkətlərin 70%-nin Rusiyaya yeni investisiya yatırmağı planlaşdırmadığını deyib.