Türkiyədə tarixi göstərici: Terrorçuların sayı…
19.12.2018
Türkiyənin təhlükəsizlik orqanlarının səyləri nəticəsində bu il terror qruplaşmalarına qoşulmaq səviyyəsi tarixən ən aşağı həddə olub.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
"Qruplaşmalara qoşulmaq dərəcəsi və PKK terrorçularının sayı tarixən ən aşağı həddədir. FETÖ-nun bütün rabitə şəbəkəsi ("Baylok” daxil olmaqla) çökdürülüb. Ötən il 697 terror fəaliyyəti baş tutmadan əngəlləmişdik. Bu il isə 347 terror fəaliyyətinin icrasının qarşısı alınıb”, - Süleyman Soylu bildirib.