Ərdoğan və Baxçalı “27+3” formulunda razılaşdı
19.12.2018
Cümhur İttifaqının Türkiyənin 30 böyük şəhərində hansı partiyanın namizədini dəstəkləyəcəyi bəlli olub.
"Dövran Media" xəbər verir ki, ittifaq böyük şəhərlərin 27-də AKP, 3-də isə MHP-nin namizədini dəstəkləməyi qərara alıb.
Namizədlərin dəqiqləşdirilməsi məsələsi AKP-dən Məhməd Özhaseki və MHP-dən Sadir Durmaza tapşırılıb.
Ankara, İstanbul və İzmirdə namizəd irəli sürməyəcəyini açıqlayan MHP Dənizli, Ərzurum və Aydında adaylarını geri çəkib. MHP-nin bələdiyyə rəhbərliyində təmsil olunduğu Adana, Manisa və Mersində isə AKP namizəd irəli sürməyəcək və MHP-nin namizədini dəstəkləyəcək.