Ər-Riyad “şahzadə əməliyyatı”nın gəlirini açıqladı
19.12.2018
Korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar zamanı 100 milyard dollar gəlir əldə edilib.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Maliyyə naziri Abdullah Cedan deyib. Onun sözlərinə görə, əldə olunan gəlirin 13 milyard dollarlıq hissəsi dövlət büdcəsinə transfer edilib.
O, dövlət büdcəsinə köçürmələrin bundan sonra da davam edəcəyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman keçən il Korrupsiya ilə Mübarizə Komissiyasının rəhbəri təyin olunan kimi genişmiqyaslı əməliyyatlara başlamışdı. Nəticədə ölkə ərazisində şahzadə və kral ailəsinə yaxın olan 381 şəxs, onlardan 325-i sonradan müəyyən ödənişlərdən sonra azadlığa buraxılmışdı.