Komandoslar Afrin mühasirəsinə qoşulur - QƏRAR
22.02.2018
Türkiyədə məskunlaşma ərazilərində keçiriləcək əməliyyatlarda ehtiyac olacağı halda jandarma və polis xüsusi təyinatlı dəstələrinin "Zeytun budağı” əməliyyatına cəlb olunmasına qərar verilib.
Dövran Media xəbər verir ki, Daxili İşlər Nazirliyinə tabe olan JÖH və PÖH dəstələri TSQ-nın sərəncamına verilib.
Məlumata görə, jandarma və polis xüsusi təyinatlı dəstələrinin Afrində əsas vəzifəsi mülki əhalinin məskunlaşdığı ərazilərdə təhlükəsizliyi qorumaq olacaq.
Qeyd edək ki, TSQ daha əvvəl Əl Bab, Azez, Cerablus və Mare kimi bölgələrdə də JÖH və PÖH dəstələrinin xidmətindən istifadə edib.