Rusların SSRİ sevdası rekord həddə çatdı
19.12.2018
SSRİ-nin süqutuna təəssüflənən rusiyalıların sayı son 10 ilin maksimumuna çatıb.
"Dövran Media" xəbər verir ki, bu nəticə "Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, hazırda rusiyalıların 66%-i SSRİ üçün darıxır. Keçən il bu göstərici 58% təşkil edib.
Keçmiş imperiyanın xiffətini ən çox 55 yaşından yuxarı olan şəxslər və 18-24 yaş arasındakı gənclər çəkir. Rusiyalılar SSRİ-nin süqutuna əsasən, bu dövrdə olan iqtisadi sistemin dağılması (52%), böyük gücə məxsus olmaları hissini itirmələri (36%) və qarşılıqlı etibarsızlığın artması (31%) ucbatından təəssüfləndiklərini deyiblər.