21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu ölkədə turistlərin sayı 30 milyonu ötüb

19.12.2018

Yaponiya turizm sənayesi yeni yüksək göstəriciyə nail olub – cari ildə bu gündoğar ölkəyə gələn əcnəbi turistlərin sayı, baş verən təbii fəlakətlərə, zəlzələ və tufanlara baxmayaraq, ilk dəfə 30 milyonu ötüb.
Turizm naziri Keyiçi İşii xəbər verir ki, hökumət özəl sektorla birlikdə Yaponiyanı səyyahlar üçün daha cazibədar etməyə çalışır.
"Biz daha çox sayda ölkədən turistlərin Yaponiyaya səfər etməsinə yardım göstərməliyik və onların yalnız böyük turizm obyektlərinə deyil, eyni zamanda, müxtəlif rayonlara getməsinə çalışmalıyıq”, - deyə nazir jurnalistlərə bildirib.
Qeyd edək ki, Yaponiya son beş ildə ölkəyə gələn əcnəbi turistlərin sayının artırılması ilə ciddi məşğul olmağa başlayıb. Həmin göstəricinin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarınadək 40 milyona çatdırılması nəzərdə tutulur.
Başa çatmaqda olan il ərzində turistlərin 4 trilyon yendən (təqribən 40 milyard dollar) artıq pul xərclədiyi bildirilir ki, bu da bütün ölkə iqtisadiyyatına böyük köməkdir.