Nərmin Şahmarzadəni HƏBS GÖZLƏYİR
18.12.2018
Tanınmış vəkil Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadənin həbs edilməsini istəyir.
"Dövran Media" bildirir ki, bunu Oxu.az-a açıqlamasında vəkil Ramil Rüstəmov deyib.
O, bildirib ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Onun sözlərinə görə, işə Xətai rayon Məhkəməsində baxılacaq:
"Artıq şikayət icraata götürülüb. Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib".
Vəkil onu da əlavə edib ki, N. Şahmarzadənin həbs edilməsini istəyirlər:
"Onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi tələbini qoymuşuq. Digər tələbimiz isə ondan ibarətdir ki, Azərbaycan xalqından üzr istəsin".
Vəkilin sözlərinə görə, şikayətə onunla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.