Türkiyədə səhər saatlarında zəlzələ olub
18.12.2018
Türkiyənin şimal-qərbindəki Bursa vilayətində zəlzələ baş verib.
"Dövran Media" xəbər verir ki, yeraltı təkanlar səhər saatlarında qeydə alınıb.
Məlumata görə, Rixter cədvəli ilə 3,3 bal gücündəki zəlzələnin episentri yerin 10 kilometr dərinliyində olub.
İnsan tələfatı və hər hansı dağıntı barədə məlumat yoxdur.