Tramp məktəbləri SİLAHLANDIRIR
22.02.2018
"Dövran Media” Federal Xəbərlər Agentliyinə istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp təhsil müəssisələri işçilərinin cinayətkarların hücumlarından qorunmaq ücün silahlanmadırılması təşəbbüsünü irəli sürüb. "Bu belə olardı ki, müəllim gizli bir silah daşıyardı. Onlar həm də bunun üçün xüsusi təlim də keçərdilər”- deyən, Amerika başçısı ona da aydınlıq gətirib ki, hazırda məktəblər potensial cinayətkarları cəlb edən silahsız məkanlardır. Çünki başa düşürlər ki, heç kim onlara cavab atəşi açmayacaq. O, müəllimlərdən əlavə, məktəblərə atəş acmaq vərdişinə malik keçmiş hərbi qulluqçulardan mühafizəcilər toplamağı da təklif edib. Xatirladaq ki, 14 fevralda Parklend şəhərində bir məktəbdə atışma baş verib.
Nizam-intizamı pozduğuna görə xaric edilən məktəbin keçmiş şagirdi Nikolas Kruz yarımavtomat tüfənglə atəş açıb. Hadisə nəticəsində 17 nəfər həlak olub.