21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Natiq Məmmədova yeni vəzifə verildi - SƏRƏNCAM

18.12.2018

Baş nazir Novruz Məmmədov "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 16–18 aprel 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi təşkilati məsələlər barədə” sərəncam imzalayıb.
"Dövran Media"nın məlumatına görə, sərəncama əsasən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 16–18 aprel 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı işlərin əlaqələndirilməsi və təşkilati məsələlərin həyata keçirilməsi məqsədi ilə İşçi qrupu yaradılıb.
İşçi qrupunun rəhbəri Respublikasının Nazirlər Kabineti Aparatı rəhbərinin müavini Natiq Məmmədov təyin edilib. İşçi qrupunun Nazirlər Kabinetinin Aparatı üzrə üzvləri şöbə müdirləri, baş nazir müavininin köməkçisidir.
İşçi qrupunun digər qurumlar üzrə üzvləri daxili işlər nazirinin müavini Oruc Zalov, xarici işlər nazirinin müavini Araz Əzimov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, səhiyyə nazirinin müavini Elsevər Ağayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, ədliyyə nazirinin müavini Vilayət Zahirov, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Asif Cəbrayılov, Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini Rəşad Nəsirov, "Azərbaycan Dövlət İnformasiya Agentliyi” İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəhman Qurbanov, "Azərişıq” ASC sədrinin müavini Ramin Yusifov, "Azərsu” ASC sədrinin müavini Seymur Seyidov , "Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Sabir İlyasov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyevdir.
"Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib. Sərəncamın icrasına nəzarət baş nazirinin müavini Əli Həsənova həvalə edilib.