Kreml dünyanı müharibəyə aparır - Borovoy
22.02.2018
Kremlin aqressiv manevrləri dünyanı böyük müharibəyə doğru aparır.
Dövran Media xəbər verir ki, bu iddianı rusiyalı müxalif siyasətçi, eks-deputat Konstantin Borovoy irəli sürüb. Onun sözlərinə görə, Kreml son illər aktiv şəkildə dünyadakı qüvvələr balansını pozur:
"Moskva təkcə qanlı konfliktləri yaymır, o həm də işğal etdiyi bölgələrdə öz hərbi mövcudluğunu aktiv şəkildə artırır. Bu, Qərbi adekvat şəkildə reaksiyaya məcbur edir. Nəticədə Qərb Rusiya sərhədinə öz müdafiəsi üçün daha çox qüvvə yeridib”.