Erməni əsgər başından güllələndi
18.12.2018
Ermənistan ordusunun əsgəri başından yaralanıb.
"Dövran Media" xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mətbuat hadisənin dekabrın 17-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində baş verdiyini bildirib.
19 yaşlı əsgər Andranik Ovannisyan başından aldığı güllə yarası ilə hospitala çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, son 3 gündə Ermənistandakı hospitalı müxtəlif yaralarla yerləşdirilən 5-ci erməni əsgəridir.