21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Terror aktı ilə bağlı təhqiqat başlayıb

17.12.2018

Dekabrın 17-də Paris prokurorluğu Strasburqda törədilmiş terror aktı ilə bağlı ilkin təhqiqata başlayıb.
TASS informasiya agentliyi xəbər verir ki, məlumat toplanması eyni zamanda bir neçə qanun pozuntusu şübhəsi üzrə aparılır. Burada terror məqsədilə qətl və qətlə təşəbbüs, terror məqsədilə hökumət nümayəndələrinin qətli və qətlinə təşəbbüs, cinayətkar terror qruplaşması yaratmaq, silah əldə etmək, saxlamaq və digər şəxslərə vermək haqqında söhbət gedir.
France-Presse agentliyinin məlumatına görə, bu gün Paris məhkəməsinin hakimləri terrorçu Şerif Şekatın 38 yaşlı tanışına ittiham irəli sürə bilər. O, cinayətkarın silahla təminatında müəyyən rol oynamaqda şübhəli bilinir.
Xatırladaq ki, dekabrın 11-də axşam saatlarında Strasburq şəhərinin mərkəzindəki yeni il yarmarkasında insanlara odlu silahdan atəş açılıb. Strasburq merinin terror aktı adlandırdığı insident nəticəsində 5 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Strasburq sakini Şerif Şekat polisin və hərbi patrulların dekabrın 13-də həyata keçirdikləri xüsusi əməliyyat zamanı öldürülüb. Onun İŞİD qruplaşmasının üzvü olduğu bildirilir.