TV kanalı yaxınlığında PARTLAYIŞ
17.12.2018
Afinada "Skai TV” televiziya kanalının binası yaxınlığında partlayış baş verib.
Əldəqayırma bombanın partlaması nəticəsində binanın iki mərtəbəsi zədələnib. Xəsarət alan yoxdur.
Polis rayonu mühasirəyə alıb. Vətəndaşların müdafiəsi naziri Olqa Qerovasili hadisə yerinə gəlib. Hadisə ilə bağlı araşdırmalar aparılır.