Uzaq qitədə zəlzələ - 5,6 bal
16.12.2018
Avstraliyanın Qərbi Avstraliya ştatında 5,6 bal gücündə zəlzələ baş verib.
"Dövran Media" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri Karnarvon şəhərindən 195 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə müəyyən edilib.
Dağıntı, tələfat və sunami təhlükəsi ilə bağlı məlumat verilmir.