Poroşenko təklifimi rədd etdi - Lukaşenko
14.12.2018
Rusiya-Ukrayna sərhədinin Belarus tərəfindən qurulmasıyla bağlı təklifimi Ukrayna Prezidenti Pyotr Poroşenko dəstəkləmədi.
"Dövran Media" xəbər verir ki, bunu rusiyalı jurnalistlərə açıqlamasında Belarus Prezidenti Lukaşenko deyib.
"Rusların və ukraynalıların mənə normal yanaşdıqlarını nəzərə alaraq, sərhədçi kimi sərhəddə dayanmağa hazır idim. Bu müharibəni dayandırmaq hər şeydən əvvəl Poroşenko və ukraynalılara lazım idi, amma bundan imtina etdilər. "Lukaşenko rusiyayönlüdür” dedilər”, – deyə o bildirib.