Çavuşoğlu: Azərbaycan QDİƏT-də böyük işlər görüb
14.12.2018
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi müddətində bir sıra məsələlər həll edilib.
"Dövran Media" xəbər verir ki, bu fikirləri Bakıda jurnalistlərə açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib və qeyd edib ki, Azərbaycan QDİƏT sədrliyi çərçivəsində böyük işlər görüb.
"Biz QDİƏT-in işinə böyük əhəmiyyət veririk. 25 ildir fəaliyyət göstərən bu qurumda islahatlar aparılmalı və mövcud problemlər həll olunmalıdır. Azərbaycanın səyləri nəticəsində əhəmiyyətli irəliləyişlərə nail olunub. Gələcək fəaliyyətimizlə bağlı məsələlər müzakirə edildi. Təşkilatın işlərini yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”, - nazir qeyd edib.