Lukaşenko və Putin arasında TƏCİLİ GÖRÜŞ PLANI
14.12.2018
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə ölkələr arasında problemli məsələlərin həlli üçün tezliklə görüşmək istədiyini bildirib.
"Dövran Media" xəbər verir ki, o, bunu rusiyalı jurnalistlərlə Minskdəki görüşündə deyib.
"Açığını desəm, Belarus-Rusiya qarşılıqlı fəaliyyətinin nəticələri ilə bağlı görüş keçirməyə hazırlaşırdıq. Məsələlər hələ də qalır. Yaxın zamanda rusiyalı həmkarımla bunu həll etməyə çalışacağıq”, – deyə o bildirib.