21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Lavrov Bakıda: Bura döyüş meydanına çevrilməməlidir

14.12.2018

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi toqquşmalar üçün arena olmamalıdır.
"Dövran Media"  xəbər verir ki, bunu Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Təəssüf ki, son zamanlar Qara dəniz regionunda situasiya deqradasiyaya məruz qalıb. Bu tendensiyanı yatırmaq və Qara dənizi sülh, stabillik zonasına çevirmək üçün çalışmaq lazımdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dəqiq iqtisadi profili var və onun statusuna mütləq hörmət edilməlidir”, – deyə o bildirib.
Lavrov qeyd edib ki, Moskva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında reformlar aparılması ideyasına baxmağa açıqdır.
O, Rusiyanın təşkilatın təqaüd sisteminin yaradılmasını müzakirə etməyə də hazır olduğunu bildirib.