ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədi açıqlandı
13.12.2018
Amerika Birləşmiş Ştatları Senatının Xarici əlaqələr Komitəsi bu gün Örl D.Litzenbergerin ABŞ-ın Azərbaycana, Linn Treysinin isə Ermənistana səfiri postuna namizədliyinin təsdiqlənməsi ilə bağlı səsvermə keçirəcək.
"Dövran Media" xəbər verir ki, bu haqda Komitənin rəsmi internet səhifəsində məlumat dərc olunub.
İclasa komitənin sədri Bob Korker başçılıq edəcək.
Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyəcəyi təqdirdə, Senatda səsverməyə çıxarılacaq.
Örl Litzenbergerin Azərbaycana səfir təyin olunması ilə bağlı müzakirələr bundan əvvəl oktyabr ayında Senatın Xarici işlər komitəsində aparılıb.
Litzenberger bundan əvvəl Serbiya, Qırğızıstanda ABŞ diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub. Fransız, rus, serb və bolqar dillərində danışa bilir.