Növbəti üç gün hava necə olacaq? - AÇIQLAMA
13.12.2018
Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Report-a bildirib ki, dekabrın 14-ü gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Onun sözlərinə görə, dekabr ayının 15-16-da hava şəraitin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır: "Növbəti günlərdə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir".
Direktor qeyd edib ki, Bakıda 9-12, Mərkəzi Aranda 8-13, Dağlıq ərazilərdə 3-6 dərəcə isti olacaq: "Şimal-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".