Ankara-Konya sürət qatarı qəzaya uğrayıb.
"Dövran Media" "Hürriyyət”ə istinadla xəbər verir ki, qatar Yeniməhəllə ilçəsinə bağlı Marşandiz stansiyasında relsdən çıxıb və yerüstü keçidə çırpılıb. Dağılan keçid vaqonların üstünə tökülüb. İki vaqonun aşdığı qəzada çoxsaylı insan yaralanıb. Dağıntılar altında da yaralılar var.
Hadisə yerli vaxtla 6:40-da (Bakı vaxtı ilə 7:40-da) baş verib.
Ankara Valiliyi qəzada 7 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 46 nəfərin yaralandığını açıqlayıb.
Qəza ilə bağlı istintaq başlayıb.