ABŞ-dan İrəvanla bağlı XƏBƏRDARLIQ
12.12.2018
ABŞ-ın İrəvandakı səfirliyi Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına xəbərdarlıq edib.
"Dövran Media" xəbər verir ki, diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda Yeni il bayramı günlərində Ermənistana səfər edən ABŞ vətəndaşları ehtiyatlı olmağa çağırılıb.
Diplomatik nümayəndəlik Ermənistandakı vətəndaşlarına bayram günlərində səyahət etdikləri yerlərdə cibgirlərdən tutumuş qarətçilərə, bir sözlə ətraflarına diqqət yetirmələri barəd xəbərdarlıq edib:
"Ekstremistlər turistlər olan yerlərdə - ticarət mərkəzlərində, hava limanlarında, klublarda, restoranlarda, dua edilən yerlərdə, nəqliyyat vasitələrində fəaliyyət göstərirlər”.