21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qənirə Paşayevanın səhhətindən XƏBƏR VAR

12.12.2018

Hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram.
Hər iki əlimdə "karpal tunel sindromu” diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə, mesajlarınıza cavab yaza bilmədim.
"Dövran Media" xəbər verir ki, bunu bu günlərdə Türkiyədə cərrahi əməliyyat keçirən millət vəkili Qənirə Paşayeva deyib.
"Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram. İnşallah, Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə təxminən bir ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər.
Yaradana şükürlər olsun. İnanıram ki, onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”, - deyə millət vəkili əlavə edib.