Arvadını binadan atan direktor həbs olundu
12.12.2018
Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxvelinin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
Dövran Media xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində təqdimat təmin edilib.
Ramiz Taxvelinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xatıladaq ki, cinayət hadisəsi Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib. R.Taxveli gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıb. Bu zaman uşaqları evdə yatırmış. Mübahisə zəminində o, arvadını eyvandan yerə atıb.
Ailənin birgə nikahdan iki uşaqları var. Cütlüyün bir-birini çox sevdiyi bildirilsə də, son vaxtla tez-tez mübahisə etdikləri qeyd edilir.
O, hüquq-mühafizə orqanlarından gizlənməyə cəhd göstərməyib. Polisin hadisə yerinə gəlməsini gözləyib. İlkin dindirilmə zamanı o, qətli törətdiyini etiraf edib.
O da məlum olub ki, Taxveli qətli törədən zaman narkotik vasitələrin təsiri altında olub. Özü də etiraf edib ki, marixuana qəbul edib və ekspertiza bu faktı təsdiqləyib.
Fakta görə Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) cinayət işi başlanıb, Taxveli Ramiz Pərviz oğlu saxlanılıb.
Adelya Azər qızı Taxveli isə "Atəşgah Sığorta” şirkətində çalışıb.