Çin bizə söz verdi, ancaq əməl etmədi - Pompeo
11.12.2018
Çin yaxın 25 ildə ABŞ üçün ən böyük təhdid olacaq.
"Dövran Media" xəbər verir ki, bunu jurnalist Xyu Xyuitə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Çin ABŞ-a Rusiya və İrandan daha böyük təhdiddir:
"Yaxın 25 ildə özünün sadə demokratiyası, zənginliyi, həmçinin daxili sistemi sayəsində Çin ABŞ üçün böyük problem olacaq. ABŞ bu ölkə ilə orta müddətli və uzunmüddətli perspektivdə toqquşmalı olacaq. Çin bəzi məsələlərdə özünü aqressiv aparır. Çin rəhbərliyi bizə Cənubi Çin dənizindəki adaları hərbiləşdirməyəcəyi ilə bağlı vəd versə də, buna əməl etməyib”.
O, ABŞ-ın bütün cəbhələrdə öz liderliyini qoruyub saxlayacağını söyləyib.