Mer əmr verdi: Bakıda bu obyektlər sökülür - FOTO
11.12.2018
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə "Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.
"Dövran Media" xəbər verir ki, icra başçısının göstərişi ilə parkda yerləşən bütün restoranlar, ticarət və ictimai-iaşə obyektlərinin söküntüsü həyata keçirilir.
Söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.