Gözəlin açıqlamasını öz holdinqi təkzib etdi
11.12.2018
Azersun Holding MMC-nin İdarə Heyətinin sədri Abdulbari Gözılin Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmlərinin İPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarılması ilə bağlı verdiyi açıqlama yanlış anlaşılıb.
"Dövran Media" Report-a istinadən xəbər verir ki, bu barədə holdinqin yaydığı müraciətdə bildirilir.
"A.Gözəl şirkətinin səhmlərini orta təbəqəyə aid insanların və məmurların alacağını qeyd edib. Türk dilində "Məmur” sözü Azərbaycan dili ilə müqayisədə fərqli məna kəsb etməkdədir və "orta, alt təbəqə dövlət qulluqçuları” deməkdir. A.Gözəl də açıqlamasında sahibkarlarla yanaşı bu zümrəni nəzərdə tutub”, - deyə müraciətdə qeyd olunub.