21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Politoloq: "Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı"

11.12.2018

Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra bu ölkədə növbəti marionet hakimiyyət formalaşdı.
"Dövran Media" xəbər verir ki, bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Ermənistanda parlament seçkilərinin nəticələrini öncədən asanlıqla proqnozlaşdırmaq mümkün idi.
Politoloq qeyd edib ki, Nikol Paşinyan baş nazir postuna keçən gündən bir istiqamətli fəaliyyət göstərib: "Bu istiqamət nəyin bahasına olursa-olsun, hakimiyyətini təminatlı şəkildə uzatmaqdan ibarət idi. Bəli, Paşinyanın müəyyən elektoratı var idi, lakin nəzərə almaq lazımdır ki, Ermənistanın keçmiş rəhbəri Serj Sarkisyanın yarıtmaz fəaliyyəti nəticəsində ölkədə dərin sosial-iqtisadi böhranla yanaşı, dözülməz siyasi mühit də mövcud idi. Gündən-günə Sarkisyana qarşı kütləvi narazılığın artması açıq-aydın göstərirdi ki, artıq o, hakimiyyətdə qala bilməyəcək. Məhz belə narazılıq fonunda Paşinyanın elektoratının formalaşdırılması mümkün oldu".
E.Mirbəşiroğlu hesab edir ki, bu baxımdan Ermənistan əhalisi əslində N.Paşinyana "hə" deyil, uzun illər hakimiyyəti kriminal mexanizmlərin köməyi ilə əldə saxlayan Qarabağ klanına "yox" dedi.
Onun sözlərinə görə, seçkiyə qədər olan dövrdə N.Paşinyan siyasi opponentlərinin sərbəst fəaliyyət imkanlarının məhdudlaşdırılması üçün bütün vasitələrdən istifadə etdi ki, bu da onun sələfindən fərqlənmədiyini sübut etdi:
"Paşinyan kütləni şantaj etməklə və hədələməklə addımbaaddım siyasi ambisiyalarını həyata keçirə bildi. 9 dekabrda seçkilər günü Ermənistanın müstəqilliyi tarixində seçici fəallığının ən aşağı səviyyədə olması da sübut etdi ki, Ermənistan əhalisi Paşinyana olan inamını sürətlə itirməkdədir. Seçicilərin fəallığının aşağı səviyyədə olmasını həm də Paşinyanın hələ yazda verdiyi vədlərin heç birinə əməl edə bilməməsi şərtləndirir. Düzdür, Paşinyan köhnə hakimiyyətin dayaqlarını sıradan çıxarmağı, demək olar, bacardı. Amma unutmaq lazım deyil, bu, xalqdan da çox Paşinyanın özünə lazım idi. Həm də nəzərə almaq lazımdır ki, Paşinyan əsas dəstəyini Qaqik Tsarukyandan alıb. Tsarukyan Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın ən böyük inhisarçısına çevrilib. Yəni Ermənistan əhalisinin ağır sosial-iqtisadi vəziyyətinə görə onun məsuliyyəti Sarkisyandan heç də az deyil. Belə bir şəxsin, eyni zamanda, Edmon Marukyanın parlamentdə yer alması aydın göstərir ki, Nikol Paşinyan özünə sərf etməyən siyasi qüvvələrin parlamentdə təmsil olunmalarının qarşısını hər vasitə ilə alıb. Nəzərə almaq lazımdır ki, Marukyan Paşinyanla elə eyni siyasi düşərgədəndir. Hesab edirəm ki, Marukyanın sonradan ayrıca siyasi fəallıq göstərməsi manipulyasiyadan başqa bir şey deyil".
E.Mirbəşiroğlu əlavə edib ki, N.Paşinyan bu dəfə kənar maraqlı güclərin polittexnoloji dəstəyi ilə hakimiyyətə gəldi: "Təbii ki, o, həmin kənar güclərin istəklərinə uyğun fəaliyyət göstərmək məcburiyyətində olacaq. Kənar güclərin istəklərinin isə Ermənistan xalqının istəkləri və maraqları ilə üst-üstə düşəcəyi inandırıcı deyil".