23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Makron fransız xalqına söz verdi

11.12.2018

Fransa prezidenti Emmanuel Makron kütləvi etirazlar fonunda vətəndaşlara bir sıra vədlər verib.
"Dövran Media" BBC-yə istinadən xəbər verir ki, fransız dövlət başçısı minimum əməkhaqqını artıracağını və bir sıra vergi güzəştlərinin tətbiq olunacağını bəyan edib.
Yanacaq qiymətinin qalxması, yaşayış xərclərinin artması və digər sosial-iqtisadi problemlər Fransanı dörd həftəyə yaxın davam edən kütləvi etiraz dalğasına sürükləyib.
Yerli telekanal vasitəsilə xalqa səslənən Makron toqquşmalarda yaşanan zorakılıq hallarını pisləsə də, etirazçıların hiddətinin "dərin və müəyyən mənada legitim” olduğunu etiraf edib.
"Minimum aylıq əməkhaqqını 2019-cu ilə kimi 100 avro artıracağıma söz verirəm”, - deyə Makron bildirib.
Bundan başqa, o, aşağı gəlirli vətəndaşlardan tutulan verginin məbləğində planlaşdırılan artımın ləğv olunacağını, "overtaym”lara (standart iş saatından əlavə işə görə ödənilən məbləğ) görə gəlir vergisinin tutulmayacağını vəd edib.