23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Zəncanda qədim ad farscaya dəyişdirildi - Etiraz başladı

10.12.2018

Zəncan bazarında "Dörd ağızlı timçə” adı dəyişdirilərək "Timçe çahar dərbi” adlandırılıb.
"Dövran Media" xəbər verir ki, Zəncanın Bələdiyyə İdarəsinin örtülü bazarda yerləşən "Dörd ağızlı timçə”nin adının sırf türkcə olduğu üçün dəyişdirildiyi bildirilir.
Bələdiyyə İdarəsinin bu hərəkəti bazarda fəaliyyət göstərən soydaşlarımızın etirazı ilə qarşılanıb. Bundan sonra zəncanlı gənclər Azərbaycana qarşı yönələn təxribata dözməyib, bazarın girişindən "Dörd ağızlı timçə” yazılmış lövhə asaraq türkcə adı bərpa ediblər.
Qeyd edək ki, Zəncanın örtülü bazarı uzunluğuna görə İran və Güney Azərbaycanın ən böyük tarixi bazarıdır. Bu bazar Qacarlar dövründə Fətəli Şah tərəfindən qurulub.