21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bahar Muradova: Ermənistanda "seçki oyunu" oynanıldı

10.12.2018

Ermənistanda "seçki oyunu" oynanıldı. Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.
B.Muradova qeyd edib ki, bu seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu:
"Ermənistanda keçirilən seçkilərdə "Seçsəniz də, seçməsəniz də, baş nazir özüm olacağam" prinsipi ilə hərəkət edildi və nəticə ortadadır. Ermənistanda əvvəlcədən bəlli bir nəticə sadəcə təsdiq olunmalı idi. Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və bu seçkinin nəticələrini təsdiq etməklə legitimlik qazanan siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyib-istəmədiklərinə özləri qərar verməlidirlər. Bu onların şəxsi həyatlarıdır, daxili işləridir, amma hər halda regionda baş verən hadisə kimi bizi də narahat edir və maraqlandırır".
Vitse-spiker əlavə edib ki, Ermənistanda keçirilən seçkilərlə bağlı dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdır: "Onlar səsvermə günü belə, ən müxtəlif təzyiq və təhdid dolu çağırışların müşayiəti ilə keçirilən seçkilərə öz obyektiv münasibətlərini bildirməlidirlər".
B.Muradova bildirib ki, bir çox ekspertlərin söylədiyi kimi, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: "Elə seçki öncəsi də Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının hərbi xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Paşinyanın açıqlamaları - bütün bunlar seçkiyə hesablanmışdı".