Metroda qadının halı pisləşdi, təcili yardım çağırıldı
10.12.2018
Dünən metronun "Xalqlar Dostluğu” stansiyasında bir qadının halı pisləşib.
"Dövran Media"nın əldə etdiyi məlumata görə, o, platformada huşunu itirərək yerə yıxılıb.
Təxminən 30-35 yaşlarında olan qadın 15 dəqiqəyə yaxın huşsuz vəziyyətdə qalıb.
Hadisə ilə bağlı "Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə dünən saat 19:25-də metronun "Xalqlar Dostluğu” stansiyasında qeydə alınıb:
"Sərnişinlərdən birinin halı pisləşib. Hadisə zamanı xanımın yanında olan şəxs onun epilepsiya xəstəsi olduğunu deyib. Metropoliten işçiləri ilkin yardım göstəriblər, daha sonra təcili yardım briqadası çağırılıb. Xanım özünə gəlib. Rahat vəziyyətdə öz yoluna davam edib”./oxu.az/