Bakıda əcnəbi tələbə saxlanılıb
10.12.2018
Bakıda əcnəbi tələbə viza almaq üçün saxta sənəd təqdim edərkən tutulub.
"Dövran Media"nın xəbərinə görə, Bakıda universitetlərdən birində təhsil alan 1993-cü il təvəllüdlü Miah Khalil paytaxtda yerləşən 1 saylı Notariat Kontoruna Çexiyaya viza almaq üçün saxta sənəd təqdim edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.