Enerji ilə bağlı qanun layihəsi hazırlanır - Nazir
10.12.2018
2040-cı ilə kimi dünyada elektrik enerjisi sektorunda investisiyaların 3/2-si bərpaolunan enerji mənbələrinin payına düşəcək.
"Dövran Media" xəbər verir ki, bunu aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy” mövzusunda keçirilən Beynəlxalq Forumda çıxışında Energetika naziri Pərviz Şahbazov deyib.
"Enerji tələbatındakı artımın 40 faizinin bu mənbələr hesabına ödənəcəyi gözlənilir”, - o bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanun layihəsi hazırlanır.