Qonşu ölkədə çörək bahalaşdı
10.12.2018
Bu gündən etibarən Gürcüstanda çörəyin qiyməti 10-15 tetri bahalaşıb.
"Dövran Media" xəbər verir ki, buna səbəb prezident seçkiləri öncəsi unun qiymətində artımın olmasıdır.
Çörəkbişirmə müəssisələrinin nümayəndələri bildirib ki, seçkiöncəsi dövrdə çörəyin qiyməti süni olaraq saxlanılırdı.
Gələcəkdə çörəyin qiymətinin yenidən bahalaşması istisna olunmur.