21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyan erməni mətbuatını susdurdu

09.12.2018

Bu gün Ermənistanda növbədənknar parlament seçkiləri keçirilir.
"Dövran Media" xəbər verir ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra keçirilən bu seçki Ermənistanın həyatında mühüm rol oynayır.
Erməni ictimaiyyəti inqilab zamanı demokratiya sahəsində mühüm addımların atılacağını gözləyirdi, amma hər şey əksinə oldu. Hakimiyyətə gəldiyi vaxtdan rəqiblərinə qarşı siyasi təqiblərə başlayan Nikol Paşinyan bu gücünü mediadan da əsirgəmədi. Bir neçə gün öncə Ermənistanın ən nüfuzlu saytlarından olan News.am ölkənin İstintaq Komitəsi tərəfindən istintaqa dəvət edilib. Səbəb isə saytın Respublikaçılar Partiyası ilə bağlı hansısa məlumatı işıqlandırması olub. İstintaq Komitəsi mətbu orqanda məlumatları haradan və necə əldə etmələri ilə bağlı hesabat vermələrini istəyib. Düzdür, sayta hər hansı təzyiq edilməyib. Amma artıq bir neçə gündür erməni mətbuatının Paşinyan qarşısında susqunluğu özünü göstərir.
Qeyd edək ki, Paşinyanın hədəf seçdiyi və diaporun nəzarətində olan bu agentlik və saytlar apreldəki küçə mitinqlərində aksiyaçılara ciddi informasiya dəstəyi verənlərdir.