Şimali Kipr prezidenti xəstəxanaya yerləşdirildi - Əməliyyat
08.12.2018
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncının səhhətində problem yaranıb.
"Dövran Media" xəbər verir ki, o, Famaqusta dövlət xəstəxanasına yerləşdirilib.
Səhiyyə naziri Filiz Besimin sözlərinə görə, M.Akıncının əməliyyat olunduğunu bildirib, lakin hansı xəstəliyinin olduğunu açıqlamayıb:
"Hazırda vəziyyəti yaxşıdır. Sabah evə buraxılmasını gözləyirik”.