Kral ailəsində qalmaqal: Şahzadələr bir-birini görmək istəmir
08.12.2018
Britaniyalı şahzadə Uilyam və Keyt Middlton Kral fondunun iclasına gəlməkdən imtina edib. Buna səbəb həmin görüşdə şahzadə Qarri ilə Meqan Marklın iştirak etməsi olub.
"Dövran Media" xəbər verir ki, bu haqda The Sun nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Məlumata əsasən Britaniyalı şahzadə Harri böyük qardaşı Uilyamın ünvanın sərt ittihamlar irəli sürüb. Harri qardaşının onunla həyat yoldaşı Meqan Mark arasında olan münasibətləri korlamağa çalışdığını iddia edir.
Nəşrin mənbəyi təfsilatlara varmaqda çəkinsə də, Qarrinin əvvəllər anası – şahzadə Diananı qoruya bilmədiyi üçün özünü günahkar hiss etdiyini və buna görə həyat yoldaşını himayə etməyə çalışdığını söyləyib.
"O Meqana ünvanlanan heç bir tənqidi qəbul etmir, bu məsələdə o qədər həssasdır ki, istənilən sözü tənqid kimi və neqativ olaraq qəbul edir.”, -deyə mənbə qeyd edir.
Britaniyanın "sarı mətbuatı” bir müddət əvvəl də, kral ailəsinin üzvləri arasındakı münasibətlərdə gərginliyin yaşandığını yazırdı. İddiaya görə, məhz qardaşlar arasında düşən söz-söhbətdən sonra Harri həyat yoldaşı ilə Kensinqton sarayından köçməyə qərar verib. Sonradan bu informasiya təkzib olunub: cütlüyün şəxsi həyat toxunulmazlığına görə yaşayış yerini dəyişdiyi bildirilib.